Rusiyanın Belarusdan idxal olunan məhsullara qoyduğu qadağalar Belarus prezidenti Aleksandr Lukaşenkonun kəskin etirazını doğurub. Bu səbəbdən Belarusun dövlət başçısı artıq Rusiya əleyhinə müəyyən mənada, şok efffekti yaradan açıqlamaları ilə diqqəti çəkir.
Belə ki, xeyli vaxtdır Rusiyanı məzəmmət edən Lukaşenko, son açıqlamasında daha da irəli gedərək, yaxın qonşu dövləti “geridə qalmış ölkə” adlandırıb. O, Rusiyanın Belarusdan nə az, nə də çox – düz 50 il geri qaldığını iddia edib.
Teleqraf.com-un məlumatına görə, bu iddia bilavasitə ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı səsləndirilib. Belarus prezidenti bu gün keçirdiyi müşavirədə bildirib ki, Rusiyanın Belarus məhsullarının keyfiyyətini şübhə altına alması gülüş doğurur: “Belarusda ərzaq təhlükəsizliyi ilə bağlı ən yüksək sovet standartları qorunub saxlanılıb. Rusiya isə geriyə addım ataraq, bu standartlardan çoxdan imtina edib”.
Nail Cəlil