Belarus hərbi birləşmələri Ukrayna ilə sərhədin Brest və Qomel vilayətlərindəki hissəsini intensiv mühafizə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb:
"Belarus Respublikası Silahlı Qüvvələrinin bölmələri Brest və Qomel vilayətlərində Belarus-Ukrayna sərhəd hissəsinin mühafizəsinin gücləndirilməsi üzrə tapşırıqları yerinə yetirir. Eyni zamanda xüsusi əməliyyat qüvvələrinin bölmələrində döyüşə hazırlığının yoxlanıldığı qeyd edilib”.
Qeyd edək ki, iyunun 28-də Belarus Ukrayna ilə sərhəddə hərbi hazırlıq elan edib.
Ukrayna hesab edir ki,Volın və Polesski istiqamətlərində təxribatlar mümkündür.