7 Avqust 2022 08:44
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder İlon Mask Tvitterdən şirkətin saxta hesabları müəyyən etməsi mexanizmini açıqlamasını tələb edib.

Teleqraf.com xəbər verir ki, milyarder Tvitteri hansı şərtlərlə alacağını açıqlayıb.

O bildirib ki, əgər şirkət 100 hesabın seçilməsi üsulu və onların həqiqiliyini təsdiq edən meyarlar barədə məlumat verərsə, o zaman tvitter-i ilkin şərtlərlə alacaq.

Bununla yanaşı, İlon Mask Tvitterin baş direktoru Parag Agravalı tvitter auditoriyasının neçə faizinin saxta hesablardan təşkil etdiyi ilə bağlı ictimai müzakirəyə çağırıb.

Qeyd edək ki, Şirkət İlon Maskın 44 milyard dollarlıq təklifini aprelin 25-də qəbul edib. Mayın ortalarında milyarder bildirib ki, tvitter sosial şəbəkədə saxta hesabların nisbəti ilə bağlı vəziyyətə aydınlıq gətirməyənə qədər müqavilədə irəliləyiş olmayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər