8 Avqust 2022 12:20
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Rəcəb Tayyib Ərdoğanın son günlər Rusiyaya doğru atdığı addımlar o demək deyil ki, Türkiyə onun müttəfiqinə çevrilir. Bu, Türkiyə prezidentinin münaqişənin müxtəlif tərəfləri arasında adi manevridir”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Dubovik deyib.

“Bu, Ərdoğanın manevridir, addımın biri bir istiqamətdə, başqa biri digər istiqamətdə atılır. Bu, müxtəlif oyunçular arasında manevr etmək cəhdidir. O, həmişə belə davranır və davranmaqda da davam edir. Bu o demək deyil ki, Türkiyə bizə xəyanət edir və Rusiyanın müttəfiqi olur”, - Dubovik bildirib.

Ekspert Türkiyə liderinin Ukraynaya münasibətinin müsbət olduğunu söyləyib:

“Əvvəla, Ərdoğan heç kimin yox, Türkiyənin müttəfiqidir. Ona görə də Türkiyəyə faydası varsa, bunu da edəcək, sonra baxacaq. O, bizə də kömək edir, çünki bizi çox sevir. Bizə qarşı addım atmayacaq, çünki çox praqmatik siyasətçidir”.

Dubovik xatırladıb ki, Ərdoğan Rusiyaya qarşı sanksiyalar tətbiq etməsə də, onun Ukraynaya qarşı təcavüzünü pisləyir.

Qeyd edək ki, Türkiyə prezidenti ötən həftə Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər