Rusiyanın gözəniləz addımları ucbatından “taxıl sazişi”nin həmişə pozulma riski var. Türkiyə və BMT vəziyyətə nəzarət etməli və Kreml sahibi Vladimir Putinin razılaşmanı relsdən çıxarmasının qarşısını almalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
Səfir nümunə olaraq, müqavilənin imzalanmasından bir gün sonra Rusiyanın Odessa limanına hücumunu xatırladıb.
Onun sözlərinə görə, Moskvanın bu davranışı müqaviləni imzalayan tərəflərin üzünə vurulan sillə oldu: “Biz Putinin ağlına nə gəldiyini bilmirik. Bu, hazırda əsas təhlükədir. Üstəlik, dənizdə gəmilərin qarşısını almaq və ya onlara hücum etmək cəhdləri istisna edilmir”.
Səfir bildirib ki, Rusiyanın gözlənilməz addımlarının qarşısını almaq üçün Türkiyə və BMT vəziyyətə və sazişin icrasına nəzarət etməlidir.