4 Dekabr 2014 11:49
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam dünyasını ayağa qaldıran addım bu dəfə İrandan gəldi.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, iranlı rejissor Məcid Məcidli Məhəmməd Peyğəmbər (s.a.s) haqqında film çəkir. Bundan əvvəlki anoloji filmlərdən fərqli olaraq bu dəfə peyğəmbərin səsinin eşidilməsi ilə yanaşı üzünün də görüntüsü olacaq.

Filmlə bağlı ilk tənqid Livan müftisi Məhəmməd Əli Əl-Cuzudən gəlib. O, bu addımla İranın islamdan əvvəlki dövrünə döndüyünü qeyd edib. Müfti bildirib ki, peyğəmbərin səsinin və üzünün əks olunması İslama görə günahdır.

"Məhəmməd" adlanan filmdə baş rola çəkiləcək aktyorun adı hələ bəlli olmasa da, o, indidən təhqirlərə məruz qalıb.

Peyğəmbərin uşaqlığından bəhs edəcək film 2015-ci ilin fevralında İranın paytaxtı Tehranda keçiriləcək "Şəfəq Film Festivalı"nda təqdim olunacaq.

Qeyd edək ki, İranda nümayişə girən filmlərə hökumət tərəfindən ciddi nəzarət var. Ona görə də tənqidçilərin fikrinə görə, bu filmin təqdim olunması sual altındadır.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər