Almaniyanın Bavariya əyalətinin Gunzburq şəhərindəki “Legoland” əyləncə parkında iki sürət qatarı toqquşub.
Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 2-si ağır olmaqla ümumilikdə 34 nəfər xəsarət alıb.
Qəza nəticəsində yanğın baş verib. Hadisə yerinə 3 helikopter və xilasetmə qrupları cəlb olunub.
Qəzanın səbəbləri ilə bağlı hələlik heç bir açıqlama verilməyib.