12 Avqust 2022 21:14
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada cəbhədə hər gün 500 rus hərbçisi ölür və ya yaralanır. Üstəgəl, Ukrayna Silahlı Qüvvələrin yeni silahlarla təmin olunması ilə əlaqədar Rusiyanın hücumunun ümumi tempi aşağı düşüb”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” ABŞ müdafiə nazirinin Kolin Kalın açıqlamasında və ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

“Hesab edirəm ki, rusların 6 aydan az müddətdə 70-80 min itki verdiyini deyə bilərik”, - mənbə nəşrə deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları Ukraynanın şərqində bəzi kiçik uğurlar əldə ediblər, amma bu, yeni silahlar və Ukrayna ordusunun əks-həmləsi səbəbindən onlara son dərəcə baha başa gəlib. Bu cür itkilər Rusiyanın ilin sonuna qədər Ukraynanın şərqini ələ keçirə bilməyəcəyi anlamına gəlir.

Kəşfiyyat məlumatına görə, Moskva müharibəyə çeçen hərbçiləri və suriyalı döyüşçüləri cəlb edib. Kreml bu qərarla ağır itkilərdən sonra Rusiya daxilində artan qəzəbin önünə keçmək istəyir.

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi Set Cons Rusiya ordusunun ciddi şəkildə tükəndiyini vurğulayıb.

“Bu, onların Ukraynada effektiv quru əməliyyatları aparmaq imkanlarına təsir edir”, - ekspert bildirib.

Məlumata görə, Rusiya öz ordusunun 85%-ni müharibəyə cəlb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər