15 Avqust 2022 09:50
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiya və Ukrayna Silahlı Qüvvələri bu istiqamətlərdə aktiv döyüş əməliyyatları aparırlar: Xarkov şəhəri və Xarkov vilayətinin şimal-şərq hissəsi, İzyum-Slovyansk xətti boyunca, Siversk-Lısiçansk rayonları, Baxmut vilayəti və Avdivka-Donetsk şəhərləri.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Rusiya 2014-cü ildə işğal edə bilmədiyi əraziləri ələ keçirmək üçün Donetsk separatçılarından istifadə etməyə çalışarkən, öz qüvvələrini Baxmut, Avdivka və Siverskə yönəldərək irəliləməyə çalışır.

İzyum və Slavyansk ətrafında könüllü batalyonların cəmləşməsi göstərir ki, bu ərazilər Rusiyanın çox da diqqət mərkəzində deyil və Ukraynanın əks-hücumlarına davam gətirməyə bilər.

Ukrayna Silahlı Qüvvələrinin qüvvələrinin Xerson vilayəti və ətrafında cəmlənməsi Rusiya üçün ciddi çətinlik yarada bilər. Rusiya Ukrayna ordusunun bu istiqamətdə əks-hücuma keçəcəyindən ehtiyat edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər