15 Avqust 2022 17:42
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi ekspert Oleq Jdanov Rusiyanın nə qədər silah-sursat anbarının partladılmasına ehtiyacın olduğunu və bunlardan neçəsinin hələ də Ukraynanın işğal ərazilərində qalması haqda danışıb.

Teleqraf.com xəbər verir ki, ukraynalı ekspert bu anbarların Silahlı Qüvvələr üçün həmişə prioritet hədəf olaraq qalacağını deyib.

“Sursat bir nömrəli hədəfdir. Düşmənin sursatdan məhrum edilməsi qoşunlarımızın uğurlu əks-hücumunda prioritetdir. Bu, rus qüvvələrinin döyüş qabiliyyətinin azalmasının əsasını təşkil edə bilər”, - Jdanov bildirib.

Ekspert Rusiya ordusunun sursat ehtiyatının “sonsuz” olduğunu iddia edib:

“Onların sursat ehtiyatı "dibsiz çəllək"də saxlanılır. SSRİ-nin nəhəng silah-sursat ehtiyatının hamısı Rusiyaya qalıb”.

Jdanovun sözlərinə görə, hazırda Rusiya hərbçilərinə döyüş sursatı Ural üzərindən daşınır: ”Bu, vaxt aparır və yükləmə baxımından çox xərc tələb edir. Buna görə də Rusiya lazım olan sursatı Belarusdan gətirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər