18 Avqust 2022 11:59
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya təcavüzünü davam etdirən Rusiya ordusunun tank ehtiyatı ciddi şəkildə tükənib.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilib.

“Rusiyanın Ukraynada əsas döyüş tanklarının dramatik şəkildə sıradan çıxması, bu texnikalara zirehlərin (ERA) quraşdırılmaması və ya bundan düzgün istifadə edilməməsi ilə bağlıdır. Düzgün istifadə edildikdə, ERA gələn mərmilərin zərbəsinin effektivliyini azaldır. Bu, Rusiya qüvvələrinin 1994-cü ildə Birinci Çeçen Müharibəsindəki kimi, ERA-dan sui-istifadə ənənəsini qaydasına salmadığını göstərir”, - MN bildirib.

İngilis kəşfiyyatı Rusiya ordusunun tank heyətinə ERA-dan düzgün istifadə qaydalarının öyrədilmədiyini ehtimal edir. Məlumatda rus tankçıları arasında nizam-intizamın çox aşağı səviyyədə olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu