18 Avqust 2022 16:57
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç hökuməti Türkiyə və Finlandiyanın yüksək vəzifəli nümayəndələrini görüş üçün ölkəyə dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.

Nəşr danışıqların gələn həftə keçiriləcəyini və NATO razılaşmasının dərindən müzakirə olunacağını bildirib. Ölkələrin nəzarət mexanizminin yaradılmasını müzakirə edəcəkləri də deyilib.

“Aftonbladet” Türkiyə və Finlandiyaya dəvətin göndərildiyini, türk rəsmilərinin görüşün avqustun 26-da keçirilməsi ilə razılaşdıqlarını yazıb.

Məlumata görə, Türkiyədən Stokholma xarici işlər nazirinin müavini Sədat Önal və prezidentin sözçüsü İbrahim Kalın dəvət edilib.

“Aftonbladet” Kalını “Ərdoğanın sağ əli” və “Türkiyənin İsveç və Finlandiya ilə danışıqlarında baş müzakirəçisi” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər