20 Avqust 2022 00:43
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Malmö şəhərində yerləşən ticarət mərkəzlərindən birində silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat ölkənin Baş polis idarəsinin saytında yerləşdirilib.

Məlumata əsasən, atışma nəticəsində 2 nəfər yaralanıb.

"İnsidentlə bağlı 1 nəfər polislər tərəfindən saxlanılıb", - deyə məlumat bildirilir.

Yerli KİV-lərinə məlumatına əsasən, saxlanılan şəxsin 15 yaşı var.


Müəllif: Teleqraf.com