Türkiyə ordusu Suriyada PKK/YPG-nin 2 terrorçusunu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Silahlılar Suriyanın şimalında “Barış Pinarı” antiterror əməliyyatının keçirildiyi zonaya hücum planlaşdırırmış.
Buna cavab olaraq terrorçuların olduğu yerə artilleriya zərbəsi endirilib.