ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Rusiyaya qarşı sanksiyalarla bağlı Türkiyə Sənayeçi və İş Adamları Dərnəyinə (TÜSİAD) məktub göndərib.
Teleqraf.com xəbər verir ki, ABŞ administrasiyası türk şirkətlərinə sanksiya tətbiq olunan Rusiya qurumları və şəxsləri ilə iş görməmələri barədə xəbərdarlıq edib.
Məlumata görə, Uolli Adeyemo ABŞ Ticarət Palatasının Türkiyə ofisinə göndərdiyi məktubda ABŞ-ın sanksiya tətbiq etdiyi rus fərd və qurumları ilə iş görən şirkətlərin olduğunu və onların sanksiya riski ilə üzləşdiyini bildirib.
Adeyamo bu yaxınlarda Türkiyə Xəzinə və Maliyyə Nazirinin köməkçisi Yunus Elitaşla görüşdə Rusiya qurumları və şəxslərinin Türkiyədən istifadə edərək sanksiyalardan yayınmaq cəhdlərindən narahatlığını bildirib.