Avropa İttifaqı (Aİ) Komissiyasının Birgə Araşdırma Mərkəzi Avropanın son 500 ilin ən quraq dövrünü yaşadığını açıqlayıb.
Teleqraf.con xəbər verir ki, Birgə Araşdırma Mərkəzi (JRC) tərəfindən Avropa Quraqlıq Rəsədxanasının məlumatları və təhlilləri əsasında hazırlanan “Avropada quraqlıq-2022-ci ilin avqustu” adlı hesabat dərc olunub.
Hesabatda vurğulanıb ki, Avropanın bir çox yerlərində müşahidə olunan quraqlıq narahatlıq doğurur. Qeyd olunur ki, iyulda həyəcanverici vəziyyət davam edib, Aİ torpaqlarının 47 faizi hələ də “xəbərdarlıq”, 17 faizi isə “həyəcan” vəziyyətindədir, yəni quraqlıq təhdidi ilə üz-üzədir.
Ümumilikdə Aİ ərazilərinin 64 faizinin həyəcan və ya həyəcan vəziyyətində olduğu bildirilib.
JRC ekspertləri Avropada mövcud quraqlığı son 500 ilin ən quraq dövrü kimi qiymətləndiriblər.
Bildirilib ki, AB səviyyəsində qarğıdalı, lobya və günəbaxan bitkiləri son 5 ilin orta göstəricisindən yüzdə 16, yüzdə 15 və 12 faiz aşağı olub.
Yağıntıların olmaması səbəbindən Avropanın demək olar bütün çaylarında suyun səviyyəsinin, elektrik stansiyalarının hidroelektrik istehsalının azaldığı, soyutma sistemləri və çay nəqliyyatında fasilələr yarandığı qeyd olunub.
Hesabatda vurğulanır ki, bir neçə Aİ-yə üzv dövlət qarşıdakı həftələrdə tədarükdə problemlər yaransa belə sudan istifadəni məhdudlaşdırmaq üçün tədbirlər görüb.