Pakistanın keçmiş baş naziri İmran Xan paytaxt İslamabadda mitinqdə çıxışı zamanı təhlükəsizlik və ədliyyə orqanlarını hədəfə aldığı üçün barəsində həbs qərarı verilmişdi. Xanın vəkili Babar Avan keçmiş baş nazirin zaminlə sərbəst buraxılmasını tələb etmişdi.
Teleqraf.com xəbər verir ki, bugünkü iclasa görə məhkəmə binasına gedən bütün yollar tikanlı məftillərlə bağlanıb, İslamabadda isə möhkəm təhlükəsizlik tədbirləri görülüb.
İclasda hakim Raca Cavad Abbas Həsən 100 min rupi girov müqabilində İmran Xanı zaminə buraxıb və onu sentyabrın 1-dək həbs etməməyə qərar verib. Sentyabrın 1-də keçiriləcək iclasda Xanın zaminlə sərbəst buraxılmasına yenidən baxılacaq.
Pakistanın sabiq baş naziri polis və ədliyyə orqanlarını hədələməkdə ittiham olunur.