28 Avqust 2022 19:23
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya vilayətində PKK terror təşkilatının təlimatı ilə bölgədəki meşələri yandırmaq hazırlığında olan Ahmet K. adlı şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, bu şəxs nazirliyin PKK-KCK terror təşkilatının fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində aparılan araşdırma nəticəsində ələ keçirilib.

Türkiyənin Kayseri vilayətindən Antalyaya gələn terrorçunun üzərində sulfat turşusu və Antalyanın xəritəsi aşkarlanıb.

Polisə ifadə verən Ahmet K. Suriyada terror fəaliyyətlərində iştirak etdiyini və kod adı “Devran-Rojhat” olan terrorçudan Antalyada meşələrin yandırılması ilə bağlı təlimat aldığını etiraf edib. O, bunun üçün müəyyən məbləğdə ödəniş də aldığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər