29 Avqust 2022 12:14
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanı danışıqlar prosesinə çəkmək Putin və Rusiya üçün hərbi gücünü bərpa etmək məqsədilə faydalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu “Espresso” kanalının efirində Ukraynanın sabiq xarici işlər nazirli Vladimir Oqrızko söyləyib.

“Ruslar anladılar ki, birbaşa cəbhədən zərbə nəticə vermir, başqa yollar axtarmalıyıq. Bunun üçün bizə vaxt lazımdır - yenidən qruplaşmaq, yenidən təşkil olunmaq, zədələri sağaltmaq və sair üçün. Bunun üçün bizə danışıqlar və barışıq lazımdır. Putin bunu danışıqlar prosesi adlandırır”,- sabiq nazir belə hesab edir.

Diplomatın sözlərinə görə, Ukrayna 2014-cü ildə təcavüz başlayandan sonra işğalçı ilə artıq səkkiz illik danışıqlar təcrübəsinə malikdir: “Biz bunun necə başa çatdığını bilirik. Yeni heç nə yoxdur, bu, Ukraynanı danışıqlar tələsinə sürükləyən taktikadır. Mən ümid edirəm ki, hökumətimiz bu tələyə düşməyəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər