30 Avqust 2022 09:57
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadın mərkəzində yerləşən “Yaşıl Zona”da silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı İraqdakı mənbələrə istinadən məlumat yayıb.

“Sədr” Hərəkatının üzvlərinin “Yaşıl Zona”nı ələ keçirdikləri bildirilir. Təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ölənlər var.

Bundan əvvəl Bağdadın mərkəzində dünən günortadan sonra başlayan və indiyədək davam edən qarşıdurmalar zamanı 15-ə yaxın həlak olduğu açıqlanıb. 300-dən çox insan yaralanıb.

Dünən siyasətdən getdiyini elan edən “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədrin tərəfdarları Bağdadın dövlət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “Yaşıl Zona”nı ələ keçirərək, Prezident Sarayını mühasirəyə alaraq binaya daxil olublar. İndiyədək təhlükəsizlik qüvvələri şəhərin bu ərazisini etirazçılardan təmizləyə bilməyib. Şəhərdə atışma və partlayış səsləri eşidilir.

Ölkə ərazisində komendant saatı elan edilib, nizami ordunun bölmələri Bağdada göndərilib. İraq hökuməti çətin təhlükəsizlik vəziyyəti ilə əlaqədar ölkədə qeyri-iş günü elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər