Yunanıstanın Egey dənizində S-300 sistemi vasitəsilə türk təyyarələrinə göstərdiyi təzyiqlər NATO-ya təqdim edilir. Türkiyə radar qeydlərini alyans ölkələrinin nazirliklərinə göndərəcək.
Teleqraf.com xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Rusiya istehsalı olan S-300 Hava Hücumundan Müdafiə Sisteminin Egey və Şərqi Aralıq dənizlərində missiya uçuşları həyata keçirən türk təyyarələrinə təcavüzünə dair radar qeydlərini NATO Baş Katibliyinə göndərməyə hazırlaşdığı öyrənilib.
Rusiya istehsalı olan S-300-lər avqustun 23-də beynəlxalq hava məkanında uçuşlar həyata keçirən Türkiyə F-16-larına “radar kilidi” qoyub.
Bu cür hərəkətlər NATO-nun Müdaxilə Qaydalarında “düşmən hərəkətləri” kimi qələmə verilsə də, Türkiyənin F-16 döyüş təyyarələri düşmən hərəkətinə baxmayaraq, planlaşdırılmış missiyalarını tamamlayıb və təhlükəsiz şəkildə bazalarına qayıdıblar.
Milli Müdafiə Nazirliyindəki mənbələr sistemin əvvəlki versiyasının Yunanıstana 23 il əvvəl verildiyini, NATO ölkəsinin döyüş təyyarələrini Rusiya istehsalı olan S-300 sistemi ilə bağlamasının müttəfiqlik prinsiplərinə zidd olduğu, Qərbin bu mövzuda ikitərəfli siyasət sərgilədiyi düşüncəsindədir.