Zaporojya vilayətinin Enerqodar şəhərində güclü partlayış baş verib, nəticədə şəhər işıqsız qalıb.
Teleqraf.com xəbər verir ki, bunu şəhərin meri Dmitri Orlov deyib.
“Bu gün saat 12:20-də Enerqodar sakinləri bildiriblər ki, şəhərdə güclü partlayış baş verib. Bundan sonra Enerqodarda eyni vaxtda elektrik və su təchizatı itib”, - o, yazıb.
Orlov başqa təfərrüat açıqlamayıb, sadəcə əlavə edib ki, hazırda baş verənlər aydınlaşdırılır.
Qeyd edək ki, Enerqodarda döyüş əməliyyatları Zaporojye AES üçün ciddi təhlükə yaradır.