Moskvada cinayətkar, “Gia Long” ləqəbli avtoritet Gia Diakvnişvili ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, Mostovskoye kəndində başından güllə yarası ilə tapılıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Mash” "Telegram" kanalı məlumat yayıb.
“Hadisə şənbə günü, sentyabrın 3-də baş verib. Çağırışla gələn həkimlər Diakvnişvilini başından güllə yarası aldığını müəyyən ediblər. Güllə kəllə sümüyünün içinə girib və gözünü çıxarıb. Kriminal avtoritet ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”, - qeyd olunur.
Hadisə yerinə gələn polis əməkdaşları axtarış zamanı kustar üsulla döyüş tapançasına çevrilən “PM” markalı qaz tapançası aşkar ediblər. İstintaq iki versiyanı nəzərdən keçirir - intihara cəhd və ya cinayət.
Bildirilir ki, “Gia Lonq” ləqəbli kriminal avtoritet “oğruların ümumi fondu”nun - cinayətkarların qarşılıqlı yardım fondunun sahibidir. Kriminal avtoritet Aslan Usoyanın (“Ded Xasan”) sağlığında onu dəstəkləyib və başqa bir kriminal rəhbəri - Tariel Oniani ilə düşmənçilik edib.