“Cənab Putinin haqlı olduğu bir şey var, təəssüf ki, daşınan taxıl kasıb yox, zəngin ölkələrə gedir”.
Teleqraf.com xəbər verir ki, bunu Xorvatiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hazırda Rusiyadan taxıl daşınması dayandırılıb. Cənab Putinin haqlı olduğu bir şey var, təəssüf ki, daşınan taxıl kasıb yox, zəngin ölkələrə gedir. Bu məsələnin əsas mövzusu kasıb ölkələrə taxıl daşınmasını davam etdirməkdir. Bir tərəfdən Rusiyaya qarşı sanksiyalar davam edərkən, sanksiya tətbiq edən ölkələrə taxıl daşınması da cənab Putini narahat edir. Biz də istəyirik ki, Rusiyadan taxıl daşınması başlasın. Səmərqənddə cənab Putinlə bu məsələləri ətraflı müzakirə edəcəyik”, - Türkiyə lideri bildirib.