9 Sentyabr 2022 13:00
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu öz partiyasını qurmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Sabah” qəzetinin yazarı Mahmud Övür çıxış edib.

“İstanbul Böyükşəhər Bələdiyyəsinin kulisindən bir xəbər gəlib. Həmin çevrədə hələlik bu söhbət pıçıltı səviyyəsindədir. Deyilənlər budur ki, təkəbbürlü çıxışları ilə nüfuzunu itirən, amma istədiyini etməkdən vaz keçməyən İstanbulun bələdiyyə sədri İmamoğlu öz partiyasını qurmağa hazırlaşır. Ola bilsin ki, bu, bir qədər təəccüblə qarşılansın, amma od olmayan yerdən tüstü çıxmaz”, - Övür bildirib.

Jurnalist yeni partiya qurmaq işində İmamoğluna kömək edən şəxslərin adlarını da çəkib:

“Kulisdən gələn xəbərə görə, İmamoğlu və yaxın çevrəsində yer alan Nəcati Özkan, Murad Onqun və Sonər Yalçın yeni siyasi strategiya müəyyən ediblər və adını Ekim qoyduqları bir partiya ilə siyasi yola çıxacaqlar. Partiyanın adı belə Əkrəm İmamoğlunun imzasını daşıyır: EK-İM”.

Qeyd edək ki, İmamoğlu İstanbul bələdiyyəsinə sədr müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər