15 Sentyabr 2022 16:17
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya nümayəndə heyətinin bir çox üzvləri BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün hələlik ABŞ vizası almayıb. Eyni zamanda, ABŞ-ın Moskvadakı səfirliyindən hələlik rəsmi imtina olmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya nümayəndə heyətinin bir çox üzvlərinə, konkret olaraq rəsmi nümayəndə heyətinə hələ də viza verilməyib. Bir çox müraciətlərə ABŞ-ın Moskvadakı səfirliyi tərəfindən baxılır. Bütün Rusiya nümayəndələrinə və onları müşayiət edən şəxslərə ABŞ vizalarının vaxtında, maneəsiz verilməsinə ümid edirik”, - diplomat qeyd edib.

Zaxarova bidirib ki, Amerika tərəfi hələlik viza almamış nümayəndələrin pasportlarını qaytarmayıb.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin BMT Baş Assambleyasının sammiti ilə bağlı Amerikaya mümkün səyahət qadağası barədə məlumat yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər