Çin Sədri Si Szinpin öz ordusuna 2027-ci ilə qədər Tayvana hərbi nəzarət yaratmağa hazırlaşmağı tapşırıb.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktor müavini Devid Koen bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə Amerika kəşfiyyatı Çin hakimiyyətinin Tayvana mümkün işğalla bağlı yekun qərar verdiyinə əmin deyil.