ABŞ-ın 42-ci prezidenti Bill Klinton Rusiyanın birinci prezidenti Boris Yeltsinlə bu ölkənin NATO-ya üzvlüyü perspektivlərini müzakirə etdiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, eks-prezident bu barədə CNN-ə müsahibəsində danışıb.
“Gələcəkdə ən böyük təhlükəsizlik problemimizin qeyri-hökumət təşkilatları, avtoritar dövlətlər olacağını, kimyəvi, bioloji və ya nüvə silahlarının terrorçuların əllərinə keçəcəyinin mümkünlüyünü əsas götürərək, Rusiyaya təkcə xüsusi tərəfdaşlıq deyil, həm də gələcəkdə NATO-ya üzvlük perspektivini təklif etdim”, - Klinton bildirib.
Eks-prezidentinin sözlərinə görə, görüşlərin birində Yeltsindən ABŞ-ın Polşadakı hərbi bazasından Rusiyaya zərbə endirə biləcəyinə inanıb-inanmadığını soruşub:
“Yeltsin cavab verdi ki, şəxsən mən belə düşünmürəm, amma Napoleon və Hitlerlə bağlı tarixi yaddaşa görə Rusiyada çoxları buna inanır”.