Rusiyanın gürcü mallarına qoyduğu embarqo ləğv edilib.
Axar.az-ın Tiflisə ezam olunan əməkdaşının verdiyi məlumata görə, artıq Gürcüstan məhsulları Rusiya bazarına sərbəst şəkildə çıxarılır. Rusiyanın embarqonu aradan qaldırmasının səbəbi Qərbin bu ölkəyə qarşı yeritdiyi siyasət, daha doğrusu, iqtisadi sanksiyalardır. Rəsmi Moskva sanksiyalardan qorunmaq üçün qonşu ölkələrlə münasibətləri yumşaltmağa çalışır.
Bir neçə gün ərzində Gürcüstanda dolların sürətlə bahalaşması ciddi şəkildə hiss olunsa da, yerli ekspertlər Rusiya ilə əlaqələri çıxış yolu kimi görür.
Bakı-Tiflis