Fransa və Yunanıstanın Şərqi Egeydə birgə təlimlər keçirəcəyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, yunan mətbuatınının yazdığına görə, Fransa və Yunanıstan Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Şərqi Egeydə ortaq təlimlər keçirəcək.
İskiri adasından Bozbaba adasına qədər geniş bir ərazidə keçirilməsi planlaşdırılan təlimlərdə döyüş təyyarələri, helikopterlər, xüsusi təyinatlılar və hərbi dəniz gəmiləri və sualtı qayıqların iştirakı nəzərdə tutulur.
Sentyabrın 24-dən oktyabrın 1-dək keçirilməsi nəzərdə tutulan təlimdən sonra Fransanın müdafiə naziri Sebastyan Lekornunun Afinaya səfəri gözlənilir.