22 Sentyabr 2022 22:30
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin 77-ci sessiyası çərçivəsində ABŞ-da səfərdə olan İran Prezidenti İbrahim Rəisi CNN televiziyasının xanım əməkdaşına müsahibə verməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə telekanalın müxbiri Kristina Amanpur Tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, müsahibə üçün əvvəlcədən razılıq əldə olunsa da, İbrahim Rəisi müsahibə verməkdən imtina edib. İran Prezidenti xanım jurnalist Kristina Amanpura başının bağlı barədə şərti irəli sürüb.

O isə başını örtmək istəməyib. Bu səbəbdən İbrahim Rəisi ilə müsahibə alınmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər