"Ümid edirik ki, Azərbaycan- Ermənistan qarşıdurması müharibəyə çevrilməyəcək. İnanırıq ki, növbəti proses danışıqlar yolu ilə gedəcək".
Teleqraf.com xəbər verir ki, bu sözləri NTV telekanalına müsahibəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın deyib.
O bildirib ki, Türkiyənin bu məsələdə mövqeyi göz qabağındadır.
"Biz hər zaman Azərbaycanın yanında olacağıq".