BMT Təhlükəsizlik Şurası sentyabrın 27-də Ukrayna ilə bağlı iclas keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının proqramında qeyd olunub.
Nyu-York vaxtı ilə çərşənbə axşamı günortaya planlaşdırılan iclas Ukrayna tərəfindən tələb edilib. Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanın məktubunda deyilir.
Ukrayna BMT-nin baş katibi Antonio Quterreşi iclasda məruzə ilə çıxış etməyə dəvət edib.