28 Sentyabr 2022 10:52
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın keçmiş prezidenti Prokopis Pavlopulos Tripoliçe qətliamının ildönümündə Türkiyəyə qarşı skandal təhdidlə çıxış edib.

Teleqraf.com xəbər verir ki, sabiq prezident Türkiyəni mülki qırğınla hədələyib.

“Türk ordusu Yunanıstanın bir qarışına belə toxunmağa cəsarət etsə, Tripoliçedə məğlub olan türk sülalələri ilə eyni aqibəti yaşayacaq”, - Pavlopulos deyib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qətliamın ildönümündə Tripoliçedə həlak olanların xatirəsini yad edib.

“1821-ci il sentyabrın 23-də baş vermiş, minlərlə müsəlman türkün, alban qardaşlarımızın, yəhudilərin vəhşicəsinə qətlə yetirildiyi Tripoliçe qətliamını unutmamışıq və unutmayacağıq”, - Türkiyə lideri bildirib.

1821-ci ilin martında Mora yarımadasının cənubunda yunan üsyanı başlayıb. Üsyançı dəstələr Morada strateji əhəmiyyətli rol oynayan və türklərin, yunanların və yəhudilərin bir yerdə yaşadığı Tripolçeni mühasirəyə alıb. 1821-ci il sentyabrın 23-də dinc əhali qadın və uşaq ayrı-seçkiliyi olmadan qətlə yetirilib. On minlərlə türkün, yəhudinin və albanın vəhşicəsinə qətlə yetirilməsi tarixdə Tripoliçe qətliamı kimi yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər