İsveç xarici işlər naziri Ann Linda Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin gələn həftə NATO danışıqları üçün Türkiyəyə gedəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Linda Türkiyə ilə danışıqların heç bir problem olmadan davam etdiyini deyib.
Nazir qeyd edib ki, İsveç Türkiyədən NATO-ya üzvlüyünü təsdiqləyəcəyini gözləyir:
“Amma Türkiyənin bunu nə vaxt təsdiq edəcəyini bilmirəm. Ötən həftə Nyu-Yorkda BMT-nin toplantısında türkiyəli həmkarım Çavuşoğlu ilə görüşdüm. Danışıqları nəzərdən keçirdik, hər şey yaxşı gedir. Razılaşmaya əməl edirik”.
Ədliyyə naziri Bəkir Bozdağ dünən İsveç Ədliyyə Nazirliyinin nümayəndə heyətinin FETÖ və PKK terror təşkilatlarının üzvlərinin ekstradisiyasını müzakirə etmək üçün oktyabrın 5-6-da Türkiyəyə gələcəyini açıqlamışdı.