Belarus Prezidenti Aleksandr Lukaşenko tanınmamış Abxaziya Respublikasına səfər edib və buradakı rejimin başçısı Aslan Bjaniya ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Abxaziyanın “xarici işlər nazirliyi” məlumat yayıb.
“Belarus Prezidenti Aleksandr Lukaşenko Abxaziya Respublikasına səfər edib. Hazırda Aleksandr Lukaşenko və Abxaziya Respublikasının Prezidenti Aslan Bjaniya arasında görüş keçirilir. Gündəliyə ikitərəfli əməkdaşlıq, ticarət-iqtisadi əməkdaşlıq, beynəlxalq vəziyyətin təhlili, cari çağırışlar və təhdidlər daxildir”, - məlumatda deyilir.
Qeyd edək ki, Abxaziya 1992-ci ildə Rusiya qoşunlarının yardımı ilə Gürcüstandan ayrıldığını, müstəqilliyini elan etdiyini açıqlayıb. "Respublikanın müstəqilliyi"ni Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Suriya istisna olmaqla, heç bir dövlət tanımır. Abxaziya BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Gürcüstanın əyaləti kimi tanınır.