Qondarma Luqansk Xalq Respublikasının rəhbəri Leonid Paseçnik Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, separatçı məktubunda Putindən Luqanskın “federasiya subyekti” kimi Rusiyaya ilhaqı məsələsinə baxılmasını xahiş edib.
“Hörmətli Vladimir Vladimiroviç, mən sizə Luqansk vilayətinin əhalisi adından yazıram! Referendumda qərarın respublika əhalisi tərəfindən bəyənilməsini nəzərə alaraq, Luqansk Xalq Respublikasının federasiya subyekti kimi Rusiyaya birləşdirilməsi məsələsinə baxmağınızı xahiş edirəm”, - Paseçnik yazır.
Paşeçnik həmçinin qondarma respublikanın Rusiyaya yeni subyekt kimi qəbul edilməsi ilə bağlı Rusiya prezidentinə ünvanlanmış təklifi imzaladığını da açıqlayıb.
Qeyd edək ki, sentyabrın 23-27-də Luqanskla yanaşı, Ukraynanın rus ordusu tərəfindən ələ keçirilmiş Donetsk, Xerson və Zaporoje bölgələrində də Rusiyaya ilhaqa dair "referendum" keçirilib.