“Şimal Axını” hadisəsi ABŞ kəşfiyyat orqanlarının tam nəzarətində olan Danimarka və İsveçin xüsusi iqtisadi zonasında baş verib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bunların guya neytral sular və digər yerlərdə baş verməsi iddiası fəal şəkildə şişirdilir. Bu, Danimarka və İsveçin xüsusi iqtisadi zonasında baş verib, həmin ərazi də NATO ölkələrinin Amerika silahları ilə doldurulub, orada vəziyyətə tam nəzarət edən ABŞ-ın kəşfiyyat xidmətləridir”, - XİN rəsmisi bildirib.
Zaxarova Ağ Evin sözçüsü Karin Jan-Pyerin ABŞ Prezidenti Co Baydenin “Şimal axını 2” layihəsinin dayandırılması ilə bağlı sözlərinin mənasını izah etmək cəhdlərini “acınacaqlı” adlandırıb.
“Dünən gecə Ağ Evin mətbuat katibinin özünü izah etmək cəhdlərini eşitdim və oxudum, bu, təəssüfdən başqa, artıq heç nəyə, hətta gülüşə də səbəb olmur, acınacaqlıdır”, - rusiyalı diplomat vurğulayıb.
Zaxarova ABŞ dövlət katibi Entoni Blinkenin qaz kəmərlərinə hücumların heç kimə sərfəli olmadığı barədə sözlərini də “yalan” adlandırıb:
“Cənab Blinken deyəndə ki, sözügedən xəttin dağıdılması heç kimə sərf etmir, bu, gülüncdür, yalandır”.