29 Sentyabr 2022 22:28
5 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın İrandakı etirazlarla bağlı Tehranı hədəf alan bəyanatları səbəbindən səlahiyyət müddəti başa çatan fransız səfirinin olmadığı bir vaxtda bu ölkənin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada Fransa XİN və bu ölkənin rəsmilərinin bəyanatları “İranın daxili işlərinə müdaxilə” adlandırılıb.

“İran heç bir halda daxili işlərinə qarışılmasına dözməyəcək və əcnəbilərin mövqe və hərəkətlərini yaxından izləyərək vaxtında və lazımi tədbirlər görəcək”, - açıqlamada deyilir.

Sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra koma vəziyyətində xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin ayın 16-da ölümü ölkədə qəzəbə səbəb olub. Sentyabrın 17-də Məhsanın doğulduğu Saqqızda dəfn mərasimindən sonra Tehranda və Güney Azərbaycanın iri şəhərlərdə molla rejimi əleyhinə nümayişlər başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər