1968-ci ildə ABŞ prezidentliyinə namizəd Robert F. Kennedini öldürən Sirhan Sirhanın vəkili hakimdən onun azadlığa buraxılmasını istəyib.
Teleqraf.com xəbər verir ki, Sirhan məhkəməyə ünvanladığı videomüraciətində əmin edib ki, o, hər gün bu əməlindən peşmandır və “evə qardaşının yanına qayıtmaq və ömrünün qalan hissəsini rahat yaşamaq istəyir”.
78 yaşlı Sirhan 54 ilini həbsxanada keçirib. “Mən həyatımı özümü təkmilləşdirməyə, digər məhbuslara zorakılıq olmadan dinc həyat sürməyi öyrətməyə həsr etdim.
Qeyd edək ki, ABŞ prezidenti Con Kennedinin qətlindən 5 il sonra, 1968-ci ildə onun baş prokuror olan kiçik qardaşı Robert Kennedi də güllələnərək qətlə yetirilib.
Amerika mafiyasına qarşı yüksək səviyyəli məhkəmələr təşkil etməklə məşhurlaşan Robert Kennedy zamanında mütəşəkkil cinayətkar dəstə üzvlərinə qarşı ciddi mübarizə aparıb.
1964-cü ildə istefaya gedən Robert Kennedi sonradan Nyu York ştatından senata seçilib. Dörd il sonra isə ABŞ prezidenliyinə namizədliyini irəli sürüb.
O, Kaliforniyada keçirilən praymerzdə qalib olduğunu elan edəndən sonra Los Angelsedəki “Ambassador” otelində güllələnərək qətlə yetrilib. Qatil cinayət başında tutulub.
1956-cı ildə 12 yaşında Amerikaya emiqrasiya edən Sirhan Sirhan qətl hadisəsini törədəndə 24 yaşında olub. Məhkəmə prosesində dindirilən qatil hadisəninin baş vermə anını xatırlamadığını deyib. Müdafiəçiləri Sirhan Sirhanın günahsız olmasını sübut etməyə çalışıblar. Amma sonda məhkəmə onun haqqında ölüm hökmü çıxarıb. 1972-ci ildə isə ölüm hökmü ömürlük həbslə əvəzlənib.
Sirhan Sirhan həbsdə olduğu 54 ildə 16 dəfə əfv olunması ilə bağlı müraciət edib. Sonuncu dəfə onun əfvlə bağlı müraciətini Robert Kennedinin iki oğlu müdafiə edib.
“Senator Kennedy bütün dünyanın ümidi idi, mən onda hamını incitdim -bu dəhşətli hərəkətin reallaşması məni incidir” deyə Associated Press onun müraciətindən sitat gətirir.
Los Angeles Rayon Prokurorluğu, əfv komissiyasının qərarına etiraz etməyəcəklərini bildirib. Amma prokurorluq hesab edir ki, sərbəst buraxılma ilə bağlı son qərarı Kaliforniya Qubernatoru Gavin Newsom verməlidir.