İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və avtomobilə atəş açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun "Twitter" səhifəsindəkı paylaşımda deyilir.
"Bu səhər Nablus şəhəri yaxınlığında bir minik avtomobili və avtobusa silahlı hücum edilib", - deyə paylaşımda deyilir.
Açılan atəş nəticəsində minik avtomobilinin sürücüsü yaralanıb.
Hadisə yerinə gələn hərbçilər atəş açan şəxsin və ya şəxslərin axtarışına başlayıblar.