“Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyindəki Türkiyə qlobal aktora çevrilib”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.
“Qlobal təhlükəsizlik mühiti yenidən formalaşır, güc balansı, aktorlar və rollar daim dəyişir. Türkiyə öz Prezidentinin rəhbərliyi ilə təşəbbüslər həyata keçirərək şəxsiyyəti və kimliyi ilə bir siyasət ortaya qoyur. Türkiyə Cümhuriyyəti beynəlxalq aləmdə subyektə çevrilib. Güclü Türkiyə qoyulmaq istədiyi qəliblərə sığmır”, - Akar bildirib.
Türkiyə müdafiə naziri Azərbaycanın böyük şairi İmadəddin Nəsimidən də sitat gətirib:
“Seyid Nəsimi demişkən: məndə sığar iki cahan, mən bu cahana sığmazam”.