5 Oktyabr 2022 12:51
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İngiltərənin 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən qətlə yetirilməsindən sonra ölkədə başlayan kütləvi etirazlarla bağlı açıqlamalarına reaksiya verərək, bu ölkənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran XİN-in açıqlamasında bildirilib.

Açıqlamada İngiltərənin İranın daxili işlərinə qarışmaqda ittiham olunub və bu səbəbdən bu ölkənin Tehrandakı səfiri Saymon Şerklifin nazirliyə çağırılaraq, etiraz notası təqdim edildiyi deyilib.

XİN İngiltərəni “terror təşkilatlarının İrana qarşı planlarında faktiki paya sahib olmaqda” ittiham edib və qeyd olunub ki, Tehran Londonun bu addımlarına qarşı cavab variantlarını nəzərdən keçirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu