6 Oktyabr 2022 14:52
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın “Şahid” pilotsuz uçan aparatları və ya başqa silahlar Rusiyaya müharibədə qalib gəlməyə kömək etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, Rusiya qüvvələrinin İrandan alınmış kamikadze dronlarından istifadə edərək Belaya Tserkov şəhərinə gecə hücumunu xatırladıb.

“Belaya Tserkov kimi şəhərlərimizi bombalamağa çalışdığınız iranlı “Şahid”lər kimi dünyanın ayrı-ayrı yerlərindən “rus dünyası”nın adına layiq başqa silahlar tapsanız belə, yenə də bunların sizə faydası olmayacaq”, - Zelenski bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu