Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun silah və hərbi texnikasının cəmləşdiyi 20-dən çox yerin və iki nəzarət məntəqəsinin məhv edildiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Zaporojyenin Poloqa və Tokmak qəsəbələrində canlı qüvvənin cəmləşdiyi əraziləri Müdafiə Qüvvələrinin bölmələrinin atəşə tutması nəticəsində qarşı tərəfin 85-ə yaxın itkisinin olduğu iddia edilib.
Ukrayna Baş Qərargahı qeyd edib ki, son sutka ərzində 30 zərbə endirilib:
“Silah və hərbi texnikanın cəmləşdiyi 24 yerin, eləcə də düşmənin 6 zenit-raket kompleksinin məğlubiyyəti təsdiqlənib. Bundan əlavə, zenit-raket bölmələri iki helikopter vurub”.
Əlavə edilib ki, rus kəşfiyyatı zərbələr endirmək üçün müxtəlif tipli PUA-ları fəal şəkildə cəlb edir. Son sutka ərzində müdafiəçilərimiz müxtəlif istiqamətlərdə 8 PUA-nı vurublar: beş növ Orlan-10 və üç növ “Şahed-136”.