10 Oktyabr 2022 23:29
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Frankfurt şəhərinə İkinci Dünya müharibəsindən qalmış 500 kiloqramlıq bombaya görə 20 min nəfər təxliyə edilib.

Teleqraf.com xəbər verir ki, ABŞ ordusunun 1944-cü ildə atdığı aviabomba Frankfurt Universitetinin yaxınlığına düşüb, amma partlamayıb.

Torpağın altında qalam bomba qazıntı işləri zamanı aşkar edilib. Xilasedicilər partlayıcını sabah zərərsizləşdirəcək.

Almaniya ərazisində tikinti işləri zamanı hər il 2 dünya müharibəsindən qalmış onlarla partlamamış sursat aşkar edilir. 2017-ci ildə Frankfurtda 1,5 tonluq aviabombanın zərərsizləşdirilməsi zamanı 65 000 nəfər təxliyə edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər