Ötən ay Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edən Türkiyə Prezidenti Tayyib Ərdoğanın yolu yenidən Asiyaya düşüb.
Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan Asiya Əməkdaşlıq və Etimad Tədbirləri Konfransının (CICA) 6-cı sammitində iştirak etmək üçün 12-13 oktyabr tarixlərində Qazaxıstanda olacaq.
Türkiyə lideri sammit çərçivəsində ikitərəfli görüşlər keçirəcək. O, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini da açıqlayıb.