11 Oktyabr 2022 12:06
2 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xarkov vilayətində Rusiyanın “Vaqner” qüvvələrinin iki diversant qrupunu məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Muzdlu diversantların məhv edilməsi əməliyyatı SBU-nun xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

Əməliyyatda 4 “Vaqner”çi əsir götürlüb ki, onlardan birinin qruplaşmanın komandiri olduğu bildirilir.

SBU bununla əsir götürülən “Vaqner” üzvlərinin sayının 200-ə çatdığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər