15 Oktyabr 2022 10:05
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb analitikləri hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələri gələn həftə Xersonu geri ala və Dnepr çayının sağ sahilinə nəzarəti bərpa edə biləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazır.

Ukrayna hərbçiləri də Xerson vilayətindəki son durumdan danışıblar və tezliklə xalqa xoş xəbərlərin olacağını bildiriblər.

Ukrayna Silahlı Qüvvələrinin 63-cü əlahiddə mexanikləşdirilmiş briqadasının mətbuat xidmətinin rəhbəri Oleq Zelinski Xersonun nə vaxt azad ediləcəyi ilə bağlı sualı cavablandırıb.

Zelinski bu sualın cavabının hazır olduğunu, yaxın vaxtlarda bunun açıqlanacağını iddia edib:

“Heç kimə sirr deyil ki, Xerson ukraynalılar arasında qarpızı ilə məşhurdur. Artıq biz orada Xerson qarpızının dadına baxmışıq. Amma bu barədə ətraflı şərh verə bilmərik, çünki bu, indi qadağandır. Baş Qərargahdan məlumat gözləyin. Onlar sizə hər şeyi bildirəcəklər, sizə hər şeyi deyəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər