ABŞ Nümayəndələr Palatasının üzvü Frank Pallone Türkiyənin Egey və Şərqi Aralıq dənizindəki mövqeyini və qardaş ölkənin döyüş təyyarələrinin üstünlüyünü görməzlikdən gəlib.
Teleqraf.com xəbər verir ki, konqresmen fikirlərini Tvitter hesabında açıqlayıb.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı hərbi əməliyyatla təhdid edərkən, ABŞ boş dayana bilməz:
"Buna görə də Türkiyəyə F-16-ların satışını dayandırmalıyıq. Ərdoğana etibar etmək olmaz. O, bu təyyarələrdən NATO-nun digər üzvlərinə də qarşı istifadə edə bilər".